Bərdədə avtomobil traktorla toqquşdu: Ölən varbackend

Bərdədə avtomobil traktorla toqquşdu: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə avtomobil traktorla toqquşub, nəticədə 20 yaşlı qız ölüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, oktyabrın 25-də saat 20:05 radələrində rayonun Qarayusifli kəndi ərazisində 1964-cü il təvəllüdlü sürücü Eldar Əvəz oğlu İmanov idarə etdiyi avtomobillə Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən traktorun qoşqusunun arxa hissəsi ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin 2002-ci il təvəllüdlü Rəqsanə Eldar qızı Kərimova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.