KoronaVirus İnformasiya Portalı
Bərdədə əməliyyat olunan qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Bərdədə əməliyyat olunan qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 23-də saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə NOCOMMENT-ə Bərdə rayon prokurorluğundan məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə “yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasında “kistanın çıxarılması” cərrahi əməliyyatı olunduqdan sonra ölmüşdür.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.