Bərdədə ildırım evi dağıtdıbackend

Bərdədə ildırım evi dağıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə yaşayış evinə ildırım düşüb.

NOCOMMENT.az APA-ya istinadən xəbər veir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. İldırım Tacəddin Vəliyevə məxsus beş otaqlı evə ciddi ziyan vurub.

Ev sahibi bildirib ki, səhər güclü partlayış səsinə oyanıblar. İldırım nəticəsində evin mətbəxi dağılıb, evdəki bütün elektron cihazlar sıradan çıxıb.

Müvafiq qurumlar tərəfindən evə baxış keçirilib, dəymiş ziyan qeydə alınıb.

Yerli sakinlər ildırım düşməsi nəticəsində kənddə bir sıra evlərdə elektron cihazlara ziyan dəydiyini bildiriblər.