Bərdədə kafedə iki nəfəri güllələyən şəxs tutulubbackend

Bərdədə kafedə iki nəfəri güllələyən şəxs tutulub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə kafedə iki nəfəri güllələyən şəxs tutulub.

NOCOMMENT xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu gün saat 13 radələrində Bərdə rayonunun Bala Qacar kəndi ərazisində, kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb.

E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub. Ondan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi götürülüb.