Bərdədə müəllim və şagirdlər arasında yoluxma artıbbackend

Bərdədə müəllim və şagirdlər arasında yoluxma artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə biri şəhər, biri kənd olmaqla iki məktəbdə dərslər müvəqqəti dayandırılıb.

NOCOMMENT xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bərdə rayon şöbəsinin qərarına əsasən, Bərdə şəhər Alı Mustafayev adına 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbinin şəxsi heyəti arasında yoluxma sayının artması ciddi narahatlıq yaratdığından tədris 14 günlük müddətə məhdudlaşdırılıb.

5 saylı məktəbin direktoru Teymur Həmidov bildirib ki, rəhbərlik etdiyi məktəbdə 1 601 nəfər şagird təhsil alır. Yeddi müəllimdə virus aşkar edilib.

Bağlanan Qarağacı kənd orta məktəbində isə altı müəllim, bir texniki işçi koronavirusa yoluxub və tədris onlayn sistemə keçirilib.