Bərdədə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi – Fotobackend

Bərdədə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regional idarə tərəfindən 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissələrdə hərbçilərin mədəni istirahəti təşkil olunub.

NOCOMMENT xəbər verir ki, tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, Hüquq Mühafizə Orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və digər təşkilətların nümayəndələri iştirak ediblər. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək Heydər Əliyevin səyləri ilə nizami ordunun qurulması, bu sahə üçün peşakar kadr hazırlığı istiqamətində Prezident İlham gördüyü işlər barədə danışıblar. Azərbaycan Ordusunun dünyanın güclü orduları arasında yer alması və 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə barədə söhbətlər edilib.

Sonda xidmətdə fərqlənən zabit və əsgərlərə Tərtər rayon İcra Hakimiyyəti, Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

yeniavaz