Bərdədə xəstə narazılığı: “Vüqar Qurbanov da, TƏBİB-in idarə heyəti də bizim daxili işimizə qarışa bilməz”backend

Bərdədə xəstə narazılığı: “Vüqar Qurbanov da, TƏBİB-in idarə heyəti də bizim daxili işimizə qarışa bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, 11 oktyabr 2025-ci il tarixində, vətəndaş səhər saat 09:00 radələrində səhhətində yaranan problemlə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

NOCOMMENT.az bu barədə Bakunews.az-a istinadən xəbər verir.

Onun bildirdiyinə görə, qeydiyyatda olan Elnurə həkimin yaxın dəqiqələrdə gələcəyi deyilsə də, həkim saat 13:00-a qədər iş yerində olmayıb.

Vətəndaş məsələ ilə bağlı TƏBİB-in qaynar xəttinə zəng vurub. Oradan isə bildirilib ki, Elnurə xanım işdədir. Reallıq bunun əksini göstərir.

Xəstəxana direktoru Vüsal Məmmədovla rastlaşan vətəndaş ondan problemi soruşduqda, direktorun verdiyi cavablar şok doğurub. Vətəndaşın iddiasına görə, Vüqar müəllim belə deyib:

➡️ “Siz kimsiniz ki, TƏBİB-ə şikayət edirsiniz? Mən Elnurə xanıma icazə vermişəm.

Hara Bərdə rayon Mərkəzi Xəstəxanası yazılıbsa, oranın rəhbəri mənəm. Vüqar Qurbanov da, TƏBİB-in idarə heyyəti də bizim daxili işimizə qarışa bilməz.İstəyirsən prokuroluğa da müraciət et, heçnə edə bilməzlər. Məhkəmə sədri də dostumdur”.

Vətəndaş isə cavabında bildirib ki, bu hərəkət Azərbaycan Respublikası Konstitusiyasına və mövcud tibbi qanunvericiliyə ziddir.

Xatırladaq ki, Konstitusiyanın 41-ci maddəsinə əsasən hər bir vətəndaşın sağlamlığının qorunması və tibbi yardım almaq hüququ var. Həkim olaraq düzgün tibbi xidmətin keyfiyyətinə və məsuliyyətinə görə.

Bildirək ki, bu tip davranış və problemlər yalnız xəstə hüquqlarının pozulması deyil, həm də vəzifələrin aşılması kimi hüquqi qiymət almalıdır.

Vətəndaş məsələ ilə bağlı təşkilatlara, o cümlədən məhkəməyə müraciət etməyi planlaşdırdığını YAZIR.

Güman edirik Vüqar Qurbanovun Bərdə Mərkəzi XƏstəxananın direktoru Vüqar Məmmədovun dediyi kimi onların işinə qarışıb qarışa bilmədiyi barədə yəqin ki, açıqlama verəcək.