Bərdə rayonunda asfalt örtüyünə yağ tökülməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, yolun həddindən artıq sürüşkən olması səbəbindən hərəkətdə olan bir neçə avtomobil idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Nəticədə zəncirvari qəza yaranıb.
Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı dəqiq məlumat verilməsə də, avtomobillərə ciddi ziyan dəydiyi bildirilir.










