Berlin marafonu koronavirus səbəbiylə yenidən təxirə salındıbackend

Berlin marafonu koronavirus səbəbiylə yenidən təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin marafonu koronavirus pandemiyası səbəbindən 2020-ci ildə baş tutmayacaq.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, açıqlamada pandemiya ilə əlaqədar 5 mindən çox insanın iştirak edəcəyi kütləvi tədbirlərin təşkili qadağasının uzadılması səbəbindən bu il marafon keçirməyin qeyri-mümkün göründüyü qeyd olunub.

Daha əvvəl isə marafonun standart tarixlərdə – sentyabrın 26-dan 27-dək keçirilə bilməyəcəyi bildirilmişdi.

Berlin Marafonu 1974-cü ildən bəri hər il keçirilir və indiyədəkheç vaxt ləğv edilməyib.

Qeyd edək ki, koronavirus səbəbiylə, Roma, Boston və Nyu York marafonları da əğv edilib. Paris marafonu 5 apreldən 18 oktyabra, Barselona marafonu isə 15 martdan 25 Oktyabra təxirə salınıb.