Berlin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyirbackend

Berlin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, uğursuzluğa düçar olarsa, Almaniya hakimiyyəti 2040 və ya 2044-cü il Oyunlarının keçirilməsi uğrunda mübarizə aparmağa hazırdır. Yarışın böyük hissəsinin artıq mövcud olan idman obyektlərinin qəbul edəcəyi gözlənilir.

Sonuncu dəfə Berlin 1936-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmişdi, oyunların təntənəli açılış mərasimi Adolf Hitler tərəfindən keçirildi.