Berlində hicablı müsəlman qadına hücum edilibbackend

Berlində hicablı müsəlman qadına hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin Polis İdarəsindən verilən açıqlamada ötən həftə baş verən hadisədə 20 yaşlı müsəlman qadının “Rathaus Neukölln” metro stansiyasında bir şəxs tərəfindən sözlü və fiziki hücuma məruz qaldığı bildirilib.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada baş örütüyü çıxarılan, saçları dartılan qadının yüngül xəsarət aldığı bildirilib.

Hadisə yerindən qaçmadan əvvəl irqçi təhqirlər edən təcavüzkarın şəxsiyyətinin müəyyən edilməsi üçün istintaqın davam etdiyi qeyd edilib.

Qeyd edək ki, son illərdə Almaniya qaçqın böhranından sui-istifadə edən və mühacir qorxusunu artırmağa çalışan ifrat sağ qruplar və partiyalar tərəfindən irqçilik və anti-müsəlman (İslamofobiya) təbliğatının artmasının şahidi olur.

Almaniyanın 2022-ci il statistikasənda müsəlmanlara qarşı ən azı 569 cinayət, o cümlədən şifahi və fiziki hücumlar, hədə məktubları və məscidlərə qarşı yandırma hücumları yer alıb.

NOCOMMENT.AZ