Berlindəki heykəldə rus əsgəri uşağı faşistlərindən qoruyur, bəs Xocalıda? – İki şəkilin FACİƏSİbackend

Berlindəki heykəldə rus əsgəri uşağı faşistlərindən qoruyur, bəs Xocalıda? – İki şəkilin FACİƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu heykəllər bir-birinə çox bənzəyir, hər ikisində “xilaskar” əsgər və ona sığınan uşaq təqdim olunur”.

NOCOMMENT xəbər verir ki, bu barədə Konkret.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu fikir bildirib.

O, Rusiyanın Azərbaycan torpağı olan Xocalıda ucaltdığı heykəllə Berlindəki heykəli müqayisə edib: “Bu heykəllərin hər ikisinin müəllifi də, qurucusu da ruslardır. Bu heykəllərin hər ikisi Rusiyada deyil, özgə torpaqlarındadır. Soldakı 2021-ci ildə Xocalıda, sağdakı 1949-cu ildə Berlində, ölkə alman faşistlərindən azad ediləndən sonra “ucaldılıb”.

Qubad İbadoğlu bildirib ki, bu heykəllərin hər ikisində rus əsgəri xilaskar qiyafəsində, uşaqların nicatı rolundadır: “Bu heykəllərin hər ikisi oxşar motivlə işlənib, eyni mesaj verir. Berlindəki heykəldə rus əsgəri uşağı alman faşistlərindən qoruyur, bəs Xocalıda? Ermənilərlə birlikdə Xocalıda uşaqdan-böyüyə günahsız insanları qanına qəltan edən rusların bununla nə demək istədiyini başa düşürsünüzmu? Xatırladıq ki, Azərbaycan ərazisində (Qarabağda) sülhməramlı abidənin və Rusiya şöhrət xiyabanının açılışı olub. Rusiya tərəfindən atılan bu addım birmənalı qarşılanmayıb.