Berlinin Ukraynaya yeni döyüş sistemləri ötürmək planları varbackend

Berlinin Ukraynaya yeni döyüş sistemləri ötürmək planları var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri zamanı Almaniya kansleri Fridrix Merz Ukraynaya yeni silahların, o cümlədən MARS II reaktiv yaylım atəş sistemləri və IRIS-T zenit-raket komplekslərinin təhvil veriləcəyini elan edə bilər.

NOCOMMENT.az bildirir ki, bu barədə “Bild” qəzeti yazır.

Nəşr vurğulayır ki, Almaniya 2022-ci ildə artıq beş MARS II sistemini Ukraynaya təhvil verib.Eyni zamanda, Berlinin maliyyə dəstəyi ilə 2,5 min kilometrə qədər mənzilli yeni qanadlı raketlərin hazırlanması imkanları nəzərdən keçirilir.

Nəşrin məlumatına görə, IRIS-T hava hücumundan müdafiə sisteminin tədarükü 2020-ci illərin sonundan əvvəl başlamayacaq.

Daha əvvəl Merz elan etmişdi ki, Almaniya Böyük Britaniya , Fransa və ABŞ- dan sonra Kiyevə verilən raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb . O qeyd edib ki, bu, Kiyevə Rusiya ərazisindəki hədəfləri vurmağa imkan verəcək.