Beş ölkə növbəti iki il üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilibbackend

Beş ölkə növbəti iki il üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyası Bəhreyn, Konqo Demokratik Respublikası, Kolumbiya, Liberiya və Latviyanı növbəti iki il üçün beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bu ölkələr 2026-cı il yanvarın 1-də öz yerlərini tutacaq və 2027-ci il dekabrın 31-dək fəaliyyət göstərəcəklər. Seçilmək üçün Baş Assambleyanın zalında iştirak edənlərin üçdə ikisinin səsini toplamalı idilər.

Agentlik qeyd edir ki, Latviya ilk dəfə olaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

Seçilmiş ölkələr Əlcəzair, Qayana, Koreya Respublikası, Syerra-Leone və Sloveniyanı əvəz edəcək.

Təhlükəsizlik Şurası BMT-nin on beş üzvündən ibarətdir. Şuranın hər bir üzvü bir səsə malikdir. Təşkilatın üzvləri Təhlükəsizlik Şurasının qərarlarına əməl etməyə və onları yerinə yetirməyə razıdırlar. Şuranın hər bir üzvü növbə ilə bir ay müddətində ona sədrlik edir.