Beş şəhid anası ilə görüşdüm, 3-ünün yalnız bir oğlu varmış…backend

Beş şəhid anası ilə görüşdüm, 3-ünün yalnız bir oğlu varmış…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən də təbii ki, ombudsmanın fəaliyyətini və burada təqdim etdiyi hesabatı yüksək qiymətləndirirəm. Biz müvəkkilliklə daimi şəkildə əməkdaşlıq edirik.

Ombudsmanın fəaliyyətinin genişlənməsi müraciətlərin artmasında öz əksini tapıb. Təbii ki, müraciətlərin çoxalmasının bir səbəbi bu instituta insanlar arasında etimadın daha da artmasıdırsa, digər bir səbəbi də bizi ciddi şəkildə düşündürməlidir.

NOCOMMENT xəbər verir ki, bu sözləri Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı deyib.

“Fürsətdən istifadə edərək, şəhid anaları və şəhid xanımları başda olmaqla bütün qadınlarımızı qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmək istəyirəm. Bu hesabatda da sözügedən məsələlər öz əksini tapıb.

Ötən gün 5 şəhid anasının müraciəti əsasında onlarla görüşdük. O şəhid analarından üçünün sadəcə bir oğul övladı olub. Beş şəhidimizin heç biri evli olmayıb. Anaların yalnız bir istəyi var idi. Mən o istəyi burada bir daha dilə gətirərək, Baş nazirimizə, Nazirlər Kabinetinə müraciət etmək istəyirəm.

Bu anaların ən böyük istəyi ondan ibarətdir ki, şəhid övladlarının adları onların doğulduğu, yaşadığı rayonlarda, kəndlərdə əbədiləşdirilsin.

Bizim rayon və kəndlərimizdə kifayət qədər adsız küçələr var. Medal və orden sayından asılı olmayaraq, həmin küçələrə, bəzi parklara, meydan və körpülərə şəhidlərimizin adının verilməsi mümkündür. Bəzi rayonlarımızda bu iş sürətlə gedir, amma bütün rayonlarda vəziyyət eyni deyil. Ailələr də müraciətində bildirdi ki, qurumlardan onlara “bizə Nazirlər Kabinetindən deyilsin, sonra bu addımı ataq” söylənilib. Ona görə, çox xahiş edirik, ümumi şəkildə bu məsələyə baxılsın və həll olunsun. Düşünürəm, bayram günlərində şəhid analarını sevindirən birinci xəbər bu olar ki, şəhid övladlarının adları əbədiləşdirilsin. Mən də onların xahişini çatdıraraq inanıram ki, məsələ öz müsbət həllini tapacaq”, – deyə millət vəkili bildirib.