“Beşiktaş”ın milli futbolçusu Umut Meraş İstanbulda yol qəzası keçirib.
NOCOMMENT.az xəbər verir ki, klub futbolçunun səhhəti açıqlama verib.
“Çekmeköydə maddi ziyan dəymiş yol qəzası keçirən futbolçumuz Umut Meraşın səhhəti yaxşıdır və bu gün komandamızın məşqinə qatılacaq. Futbolçumuza tezliklə şəfa diləyirik”, – deyə bildirilib.
Xatırladaq ki, “Beşiktaş”ın gənc futbolçularından Emrecan Uzunhan da ötən günlərdə trafikdə hücuma məruz qalıb və fiziki mübahisədən sonra bud nahiyəsindən 4-cü dərəcəli xəsarət alıb.