“Beşiktaş” “Real Madrid”in müdafiəçisini heyətinə qatmağı planlaşdırırbackend

“Beşiktaş” “Real Madrid”in müdafiəçisini heyətinə qatmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in müdafiəçisi Raul Asensio qışda komandanı tərk edə bilər. İspaniyalı futbolçu ilə “Beşiktaş” yaxından maraqlanır.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, İstanbul klubu 22 yaşlı oyunçunu mövsümün sonuna kimi icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Raul Asensio bu mövsüm “Real”ın heyətində 17 rəsmi matçda meydana çıxıb.