Beşinci kolon: İndi də onları dövlətlə qarşı-qarşıya gətirmək istəyirbackend

Beşinci kolon: İndi də onları dövlətlə qarşı-qarşıya gətirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə, həmçinin vətəndaşlar arasında əlilliyinin haqsız yerə ləğv edildiyi, pensiyasının kəsildiyinə dair fikirlər yer alır.

Vəziyyət elə bir həddə çatıb ki, 200 min şəxsin əlilliyinin ləğv edildiyinə dair xəbərlərə də rast gəlirik. Aydın məsələdir ki, bu və bu kimi fikirlər əsassızdır, xarici güclərin ölkəmizdə fəaliyyət göstərən “xidmətçilərinin” propoqandasıdır. Həmin qüvvələr məqsədli surətdə ictimai rəyi yanlış yönləndirməyə, insanlar arasında ajiotaj yaratmağa çalışır.

Bundan başqa belə şəxslərin bir digər məqsədi də əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmaqdır. Bu işdə həssas qrupların adından istifadə etmək isə sözün əsl mənasıda qeyri-insani davranışdır.

Bir məqamı qeyd etmək lazımdır ki, müəyyən neqativ hallar hər ölkədə olur və bunu danmaq da doğru deyil. Lakin bütün neqativ halların aradan qaldırılması istiqamətində işlər görülür və bu proses bu gün də davam etməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə aparılan genişmiqyaslı sosial islahatlar əlilliyin qiymətləndirilməsini də əhatə edir. Xüsusilə son illərdə ölkədə əlillik təyinatlarının şəffaflaşdırılmasına, əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməsi istiqamətində işlər görülür.

Görünür məhz ölkə başçısının bu siyasəti müəyyən qrupları narahat edib. Çünki bir daha qeyd etmək istəyirəm ki, əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməsi istiqamətində işlər görülür. Bu da öz növbəsində vaxtilə bu və ya başqa formada haqsız yerə əlillik əldə edən şəxslərin maraqlarına uyğun gəlmir. Və təbii olaraq belə şəxslər bu gün ölkədə 5-ci kolon adlandırılan şəxslərlə əlbir olaraq görülən işləri bütün vətəndaşların və əlilliyi olan şəxslərə qarşı atılan addım kimi göstərməyə çalışır.

Nəzərə almaq lazımdır ki, aparılan bu işlər nəticə etibarilə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara dəstəyin daha da gücləndirilməsi məqsədi daşıyır. Xüsusilə bu istiqamətdə yaradılan elektron infrastruktur, yəni “Əlillik” altsisteminin xidməti misilsizdir. Belə ki, vətəndaşlar artıq səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir.

Bu prosesi bilən və və yaxından görən biri olaraq deyə bilərəm ki, hazırda proses dəqiq və qərəzsiz aparılır. Təxminən bir ilə yaxın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Tibbi Reabilitasiya və Bərpa Mərkəzində arxivlərin elektronlaşdırılması departamentində Sosial Agent olaraq çalışmışam və bu prosesi yaxından izləmişəm.

İlk növbədə komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır.

Əlilliyin qiymətləndirməsini aparan həkimlər heyəti isə işinin peşəkarı yüksəkixtisaslı həkimlər olur. Mən bu şəxslərin işini necə və hansı çətinliklərdə gördüyünün dəfələrlə şahidi olmuşam. Təəssüf ki, bəzi hallarda yekun qiymətləndirməni aparan həkimlərin verdiyi ədalətli və dəqiq qərarlar ilə vətəndaşlar razı olmur, hətta həmin şəxslərə qarşı aqressiv davranış da sərgiləyir. Bütün bunlara baxmayaraq mən hələ bir dəfə də olsun həmin komissiya üzvlərinin vətəndaşlara sərt tonda nəsə dediyinin şahidi olmamışam. Çünki bu şəxslər yaxşı bilir ki, qarşılarındakı şəxslərin psixologiyası necədir və hansı hallarla üzləşə bilərlər.

Dövlət vətəndaşının əlilliyini niyə kəsməlidir?

Məncə, hər kəs ilk növbədə özünə bu sualı verməlidir. Əlil və ya fiziki məhdudiyyəti olan insanlar da bu cəmiyyətin bir parçasıdır. Bu şəxslər dövlətin xüsusi qayğısına ehtiyacı olsada, istifadəsiz şəxslər deyil. Bunu dövlət də yaxşı bilir və bu şəxsləri heç bir zaman diqqətdən kənarda saxlamır. Real yanaşmaq lazımdır ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada olmaqla e-sistem üzərindən onlara müvafiq sosial ödənişlər təyin edilib.

Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütamadi olaraq artırılır. Xüsusilə də son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib.

Ümumiyyətlə, əlil deyəndə söhbət təkcə müharibə iştirakçısı olan şəxslərdən getmir. Bu kateqoriya düşündüyümüzdən də genişdir. Burada doğuşdan fiziki qüsurlu olan, əmək fəaliyyəti zamanı qəzaya düşən, psixoloji problemi olan, hətta vaxilə Çernobıl fqəzasının fəasadlarını aradan qaldırmaq üçün cəlb edilən şəxslər də aiddir. Yəni cəmiyyətimizdə düşündüyümüzdən də çox əlilliyi olan vətəndaş var. Dövətimiz isə heç bir zaman bu şəxslərə qarşı laqeyd qalmayıb, bu gün də qalmır.

Ümumiyyətlə, dövlətin fiziki qüsurlu şəxslərə laqeyd qalması fikir absurddur. Bu gün görülən bütün sosial işlərdə əlillər unudulmur, əksinə daha ön plana çəkilir. Misal üçün aparılan sosial siayasət nəticəsində bu gün ölkəmizdə əlil vətəndaşların əmək prosesinə cəlb edilməsi isitqamətində ciddi işlər görülür. Hətta dövlət və özəl müəssisələrində minumum bir, ya da iki əlilliyi olan vətəndaşların işə qəbul edilməsi zərurəti belə var. O zaman sual yaranır bütün bunları edən bir ölkə iddia edildiyi kimi nə üçün “200 min şəxsin əlilliyinin ləğv edib, pensiyasını kəssin?”

Azərbaycan nə üçüncü dünya ölkəsi sayılan Afrika ölkəsidir, nə də Latın Amerikasındakı bir banan Cümhuriyyətidir. Azərbaycan Cənubi Qafqazın iqtisadi, hərbi və sosial baxımdan ən surətli inkişaf dinamikasına sahib ölkəsidir. Görünür indiki halda bunu həzm edə bilməyən kənar qüvvələr daxildə onlara xidmət edən beşinci kolonu aktivləşdirərək Azərbaycan vətəndaşı ilə onun qurumlarını, rəhbərliyini üz-üzə qomaq istəyir. Unutmamaq lazımdır ki, dövlət heçnəyi unutmur. Ona xəyanət edənləri də, ona inanıb yanında olanları da.

Politoloq Turan Rzayev