Bəşir Süleymanlı və Altay Məmmədzadə həbs olunub – YENİLƏNİBbackend

Bəşir Süleymanlı və Altay Məmmədzadə həbs olunub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Altay Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Altay Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

21:13

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Bəşir Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.