Bethovenin ölüm səbəbi saçından götürülmüş DNT ilə tapıldıbackend

Bethovenin ölüm səbəbi saçından götürülmüş DNT ilə tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman pianoçu və bəstəkar Lüdviq van Bethovenin saç tellərindən əldə edilən DNT analizləri məşhur bəstəkarın ölümündən aylar əvvəl qaraciyər xəstəliyinə meylli olduğunu və hepatit B xəstəliyinə tutulduğunu üzə çıxarıb.

NOCOMMENT xəbər verir ki, Alman pianoçu və bəstəkar Lüdviq van Bethovenin pərəstişkarları tərəfindən yadigar olaraq saxlanılan 8 saç teli üzərində aparılan DNT araşdırmaları 1770-ci ildə Almaniyada anadan olan məşhur bəstəkarın ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxarıb.

Kembric Universitetindən olan araşdırma qrupunun əldə etdiyi genomik məlumatlar nəticəsində qaraciyər sirrozundan öldüyü məlum olan pianoçunun genetik olaraq qaraciyər xəstəliyinə meyilli olduğu və ölümündən aylar əvvəl hepatit B-yə tutulduğu üzə çıxıb.

Araşdırmanı aparan qrupun aparıcı müəllifi Tristan Begg, məşhur bəstəkarın həddindən artıq spirt istehlakı ilə yanaşı, genetik faktorların da qaraciyər xəstəliyinə səbəb ola biləcəyini söyləyib.