Betonqarışdıran maşın mikroavtobusla toqquşubbackend

Betonqarışdıran maşın mikroavtobusla toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda, Basın Ekspres yolunda betonqarışdıran maşın sərnişinləri daşıyan mikroavtobusa arxadan çırpılıb. Biri ağır olmaqla 5 nəfər yaralanıb.

NOCOMMENT xəbər verir ki, qəza, saat 08.00 radələrində Bahçelievler istiqamətində TEM yolunun Basın Ekspres istiqamətində baş verib. Əldə edilən məlumata görə, Halkalı istiqamətinə gedən Mervan A-nın idarə etdiyi 34 FBN 868 nömrəli betonqarışdıran maşın eyni istiqamətdə hərəkət edən və sərnişinləri daşıyan H.K.Y idarəsindəki 34 M 2041 nömrəli mikroavtobusu vurub. 15 nəfərin olduğu mikroavtobusda 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb. Sürücülər qəzadan xəsarət almadan xilas olublar. Hadisə yerinə sağlamlıq, polis və yanğınsöndürmə briqadaları göndərilib. Yaralılardan biri təcili yardım maşını ilə xəstəxanaya aparılarkən, digər 3 nəfər isə öz imkanları ilə gedib.