Betonun içindən qəzet qırıntıları, taxta, köpük çıxır!backend

Betonun içindən qəzet qırıntıları, taxta, köpük çıxır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraş zəlzələlərindən sonra İstanbulun Kadıköy Bələdiyyəsində müraciət sıxlığı yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, indiyə qədər tədqiq edilən bəzi nümunələrdə betonun içində qəzet qırıntıları, köpük və taxta kimi materiallar aşkar edilib.

Kadıköy Bələdiyyəsinin beton və torpaq laboratoriyasında rayon sakinlərinin müraciətləri əsasında zəlzələ riskinin müəyyən edilməsi üçün rayonda tikilməkdə olan binalardan götürülən nümunələr araşdırılır.

Tikilməkdə olan binalardan götürülmüş beton nümunələri 7-28 gün su ilə dolu hovuzlarda saxlanılır və sonra xüsusi maşınlarla sınaqdan keçirilir.

NOCOMMENT.AZ