Bəxtiyar Hacıyev saxlanılıb? – DİN-dən açıqlamabackend

Bəxtiyar Hacıyev saxlanılıb? – DİN-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai fəal Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumat yayılıb. Onun Səbail RPİ-nin 9-cu Polis Bölməsində olduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlama verib.

O, Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumatı təsdiqləyib:

“Onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılıb”.

Qeyd edək ki, B.Hacıyev sosial şəbəkə hesabında təkadamlıq aksiya keçirəcəyi ilə bağlı məlumat yaymışdı.