Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin edilmədibackend

Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar elan edilib.

Qərara görə, şikayət təmin olunmayıb.

Qeyd edək ki, dekabrın 29-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıcın vəsatətini təmin edilməyib.

Dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.