Bəxtiyar Hacıyevin işindən təzə XƏBƏR VARbackend

Bəxtiyar Hacıyevin işindən təzə XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə dair qərardan apellyasiya şikayəti verilib.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə onun vəkili Aqil Layic bildirib.

Vəkilin sözlərinə görə, bu gün o, istintaq təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb:

“Bəxtiyar Hacıyevlə görüşdüm. Saxlanma şəraitindən və ona qarşı rəftardan şikayətçi deyil. Hər kəsə salam deyirdi.

Yeri gəlmişkən, bəzi mətbuat orqanları Bəxtiyarın Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə təqsirləndirildiyini qeyd edir. Bu səhvdir, ona qarşı bu maddənin 221.1-ci hissəsilə istintaqa cəlb etmə mövcuddur. Təcrübəmə əsasən deyə bilərəm ki, o bu maddə ilə haqqında həbs qərarı verilən ilk adamdır. O, cinayət törətməyib, əksinə zərərçəkəndir..”.

Xatırladaq ki, Bəxtiyar Hacıyev dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 gün müddətinə həbs qətiimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, onun saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.