Bəyanatın Nikolun imtina etdiyi ilk mətni – Sensasiyabackend

Bəyanatın Nikolun imtina etdiyi ilk mətni – Sensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Vatikandakı eks-səfiri Mikayıl Minasyan öz Feysbuk səhifəsində 10 noyabrdakı üçlü Bəyanatdan öncə Baş nazir Paşinyana təqdim edilən, amma onun imtina etdiyi və nəticədə imzalanmayan razılaşma mətnini yayıb.

NOCOMMENT.az xəbər verir ki, Minasyan Paşinyanın hər yalan bəyanatına sənədlə cavab verəcəyini bildirib.

“Bu, sənin imzaladığın sənəddən öncə təqdim edilən variantlardan biridir. Bundan sonra sən daha ağır təklif aldın və o kapitulyasiya haqqında sənədi imzalayaraq, çıxışı olmayan situasiya yaratdın”, – Minasyan bildirib.

Qeyd edək ki, Minasyanın yaydığı sənəddə 10 bənd yer alıb. Bu sənədin noyabrın 10-da imzalanan sənəddən xeyli fərqi var.

Əsas fərqlər aşağıdakılardır:

– Erməni silahlı qüvvələri Qarabağda saxlanılır;

– Qarabağdan tərəflərin öz tutduqları mövqelərdə qalmasıyla bağlı heç bir bənd yoxdur;

– Azərbaycana yalnız Ağdam, Kəlbəcər (15 noyabr) və Laçın (1 dekabr) rayonları qaytarılır;

– Şuşa ilə bağlı heç bir bənd yoxdur;

– Ermənistan münaqişənin tərəfi kimi tanınmır,

– Laçın dəhlizinin eni 10 kilometr (hazırkı razılaşmada 5 kilometrdir) olaraq müəyyən edilir;

– Rus sülhməramlıları köhnə DQMV-nin bütün sərhədinə yerləşdirilir;

– Regionda bütün xarici muzdlular çıxarılır (Qarabağ bəyanatında ümumiyyətlə muzdlu ifadəsi yoxdur);

– Naxçıvanla əlaqənin təmini məqsədilə Azərbaycan üçün yeni yol çəkilir.

Minasyan paylaşımında yalnız Ermənistan rəhbərliyinin sənədə reaksiyasını təqdim edib.
Axar.az