Beyləqanda erməni terrorundan zərər görən evlər bərpa edilib – VİDEObackend

Beyləqanda erməni terrorundan zərər görən evlər bərpa edilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Beyləqan rayonunda 9 yaşayış evi dağıdılıb, 50-dən çox tikiliyə zərər dəyib. 

NOCOMMENT.az xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən 53 tikilinin təmir-bərpası, 7 yaşayış evinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 2 yaşayış evinin inşası və 1 tikilinin təmir-bərpası bitmək üzrədir. Beyləqanda işlərin ən qısa zamanda tam yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ümumilikdə 11 şəhər və rayonda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində zərər dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: