Beyləqanda qadın qətlə yetirilib.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, iyulun 15-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 58 yaşlı Bəsti Həsənova yaşadığı evdə hücuma məruz qalıb.
Kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılan qadın həkimlərin səylərinə baxmayaraq orada ölüb.
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən kənd sakini, 23 yaşlı Amil Qəfər oğlu Ağayevi saxlayıb.
Faktla bağlı araşdırmalar aparılır.\\Lent.az