Beyləqanda insident olub, 2 nəfər xəsarət alıbbackend

Beyləqanda insident olub, 2 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqan rayonunda kafedə güllələnən şəxslərin şəxsiyyəti müəyyənləşib.

NOCOMMENT.az xəbər verir ki, silahlı insident zamanı 1983-cü il təvəllüdlü Zamiq Fərzəliyev və 1988-ci il təvəllüdlü Natiq Məmmədov xəsarət alıblar.

Hər iki şəxs Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

***

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb.

Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.\\KONKRET.az