Beyləqanda yol qəzası baş verib – ÖLƏN və YARALANAN VAR / YENİLƏNDİ – VİDEObackend

Beyləqanda yol qəzası baş verib – ÖLƏN və YARALANAN VAR  – YENİLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 dekabr tarixində Beyləqan rayon ərazisində baş vermiş yol qəzasında xəsarət alanlar Bakıya göndərilib.

NOCOMMENT.az xəbər verir ki, qəza zamanı xəsarət alan sürücü 1968-ci il təvəllüdlü Namazəliyev Rövşən Bəylər oğlu və avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Məmmədov Hafiz Ataxan oğlu paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, ötən gün baş verən qəza zamanı avtomobildə olan sərnişin Nizami Məmmədov isə hadisə yerindən həyatını itirib.
***

 

06.12.2025-ci il tarixdə saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

*** 21:09

Beyləqanda ölüm və və xəsarətlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını idarəetməni itirərək yol kənarında aşıb.

Hadisə nəticəsində Məmmədov Nizami Zahid oğlu ölüb, Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu ağır xəsarət alıb.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.