Beyləqanda yol qəzasında gənc qadın ağır xəsarət aldıbackend

Beyləqanda yol qəzasında gənc qadın ağır xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Abbasova Arzu Füzuli qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və hər iki qolun sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır./report