Beyləqan rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, qəza rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki “VAZ-2107” və bir “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində avtomobillərdən birində olan sərnişin — 1990-cı il təvəllüdlü Fariz Qardaşxanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, avtoqəza hadisəsi səbəbilə 1 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə alın nahiyyəsinin əzilmiş-sıyrılmış yarası, sol əlin kəsilmiş açıq yarası və sol dizin sıyrılmış yarası diaqnozu təyin edilib.
Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirməsi üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib./Qafqazinfo/











