Beynalxalq axtarışda olan şəxs saxlanıldıbackend

Beynalxalq axtarışda olan şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polisin axtardığı şəxs Bosniyada saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub.

Dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər.