Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Əsəd Əhməd Xan Myanmanın müvəqqəti prezidenti Min Aun Hlayna insanlıq əleyhinə cinayətlərə görə həbs orderinin verilməsini istəyib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin saytında bildirilib.
Hlayn 2017-ci ildə ölkədə yaşayan Rohinya etnik qrupunun nümayəndələrinin deportasiyası və təqibində təqsirlidir.
Xan qeyd edib ki, bu, onun idarəsinin Myanmanın yüksək vəzifəli dövlət məmurunun həbsinə order istədiyi ilk haldır.