ABŞ Maliyyə Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xanı sanksiya siyahısına əlavə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə departamentin saytında dərc olunmuş məlumatda deyilir.
“Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) sanksiya siyahısına aşağıdakı şəxs əlavə edilib: Xan Kərim Əsəd Əhməd, Haaqa, Hollandiya”, – agentliyin saytındakı bəyanatda deyilir.
Məlumatda Kərim Xanın Böyük Britaniya vətəndaşı olduğu bildirilir.