Beynəlxalq Ədalət Məhkəməsi yeni sədr təyin edibbackend

Beynəlxalq Ədalət Məhkəməsi yeni sədr təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyalı hakim Yuci İvasava Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə qurumun press-relizində bildirilib.

İvasava yanvarın 14-də Livanın Baş naziri olmaq üçün vəzifəsini tərk edən Navaf Salamın vəzifəsindən ayrılmasından sonra həmkarları tərəfindən bu vəzifəyə seçilib.

Qeyd edək ki, Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Yeni sədr İvasava da məhz bu tarixə qədər sədr vəzifəsini icra edəcək.

İvasava 2018-ci il iyunun 22-dən məhkəmənin üzvüdür. Daha əvvəl o, Tokio Universitetində beynəlxalq hüquq üzrə professor vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.