Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü münasibəti ilə müsabiqə elan edilibbackend

Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü münasibəti ilə müsabiqə elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü münasibəti ilə tələbələr arasında “İtkin düşmüş şəxslər probleminin beynəlxalq humanitar hüquq standartları və mexanizmləri vasitəsilə cavablandırılması” mövzusunda məqalə müsabiqəsi elan edir.

NOCOMMENT.az müsabiqənin şərtlərini təqdim edir:

Müsabiqə Azərbaycanda bütün ali məktəb tələbələri və yeni məzunlar üçün açıqdır (məzuniyyətdən 12 aydan çox keçməmək şərti ilə);
Məqalə ingilis dilində yazılmalıdır;
Texniki tələblər: məqalə MS Word (.doc or .docx) və ya PDF (.pdf) formatında təqdim edilməlidir; şrift – Arial; şriftin ölçüsü – 12; məsafə – 1.15; sözlərin sayı – 3,000 və 4,000 arası (təxminən 5-7 səhifə, A4 format);
Bir şəxs tərəfindən yalnız bir məqalə təqdim edilə bilər;
Məqalə tərcümeyi-hal və əlaqə ünvanları (telefon nömrəsi, poçt və elektron poçt ünvanı) ilə birlikdə [email protected] ünvanına göndərilməlidir;
Elektron məktub “Məqalə müsabiqəsi” başlığı ilə göndərilməlidir;
Məqalələrin göndərilməsi üçün son tarix sentyabrın 30-dur.
Qaliblər oktyabrın 12-dən sonrakı həftə ərzində açıqlanacaq. Mükafata gəlincə, ən yaxşı üç məqalənin müəllifinə diplom və öz seçimləri əsasında beynəlxalq hüquq üzrə təhsil proqramında iştirak üçün təqaüd veriləcək. Proqrama dekabrın 10-dək müraciət edilməli və ödəniş haqqı 1000 manatdan (və ya ekvivalenti) artıq olmamalıdır.