Beynəlxalq Miqrasiya Təşkilatına yeni baş direktor SEÇİLDİbackend

Beynəlxalq Miqrasiya Təşkilatına yeni baş direktor SEÇİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emi Pope Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının yeni baş direktoru təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatına üzv ölkələr İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 6-cı Xüsusi Sessiyasında Popeni növbəti baş direktor seçiblər.

Beynəlxalq Miqrasiya Təşkilatına rəhbərlik edəcək olan ilk qadın Pope oktyabrın 1-dən etibarən beş il müddətinə baş direktor vəzifəsini Antonio Vitorinodan alacaq.

2021-ci ilin sentyabrından Beynəlxalq Miqrasiya Təşkilatının İdarəetmə və İslahatlar üzrə İcraçı Vitse-Prezidenti vəzifəsində çalışan Popenin namizədliyi ABŞ tərəfindən irəli sürülüb.

NOCOMMENT.AZ