Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs məhkəmə qarşısındabackend

Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Yusif Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

 

İttihama əsasən, Azərbaycan vətəndaşı Yusif Əliyevin “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədi ilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış cinayət işi üzrə Əliyev Yusif Sultan oğlu barəsində həbs qətimkan tədbiri seçilib.