İsrailin ətraf ərazilərə endirdiyi hava zərbələri nəticəsində Beyrut Beynəlxalq Hava Limanının infrastrukturunun bir hissəsinin elektrik enerjisiylə təchizatı dayanıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Artıq elektrik enerjisi təchizatı bərpa olunub və aeroport fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bu, Beyrutda yeganə hava limanıdır.