Beyrut partlayışında İstanbul detalıbackend

Beyrut partlayışında İstanbul detalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın paytaxtı Beyrutda baş verən terror aktında Türkiyə detalı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Sənaye və Texnologiya naziri Mustafa Varank Beyrut limanında partlayışa səbəb olan 2 min 750 ton ammonium nitratın 6 il əvvəl İstanbul boğazından keçirilərək Livana aparıldığını qeyd edib.

Nazir bununla “Kanal İstanbul” layihəsinin Türkiyə üçün strateji təhlükəsizlik məsələsi olduğuna vurğu qoyub:

“Hamımızın ürəyinin yandığı partlayışa səbəb olan 2 min 750 ton ammonium nitrat 6 il əvvəl Beyruta gedərkən İstanbul boğazından keçib. Cənab prezidentimizin təkidlə üzərində dayandığı “Kanal İstanbul” sadə məsələ deyil, Türkiyə üçün strateji əhəmiyyəti böyükdür”. Publika.az