Beyrutda baş verən partlayışda ölən və yaralananların sayı artıbbackend

Beyrutda baş verən partlayışda ölən və yaralananların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın Səhiyyə Nazirliyi Beyrut limanında baş verən partlayışda ölənlərin sayının artdığını bildirib.

NOCOMMENT.az  “Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, nazirliyin verdiyi məlumata görə həlak olanların sayı 158 nəfərə çatıb, yaralıların sayı isə 6000-i keçib.

Məlumata görə partlayışda 43 suriyalı, 6 Banqladeş vətəndaşı, 3 filippinli, 1 pakistanlı, 2 misirli və 13 erməni həlak olub.

Həmçinin Almaniyanın Livandakı səfirliyinin əməkdaşı və Niderlandın Livandakı səfirinin xanımı da həyatını itirib.

Qeyd edək ki, 4 avqust tarixində Beyrut limanında dəhşətli partlayış baş verib.