Beyrutda etirazlar: Nümayişçilər nazirlik binalarını ələ keçirdilərbackend

Beyrutda etirazlar: Nümayişçilər nazirlik binalarını ələ keçirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın paytaxtı Beyrut şəhərində davam edən nümayişlərdə silah səsləri eşidilib.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, güllə yarası alan polis vəfat edib. Qeyd olunub ki, silahlı insident zamanı nümayişçilərin də bir neçəsi ağır yaralanıb.

Bundan başqa, 238 nəfər toqquşmalarda xəsarət alıb. Bildirilib ki, 63 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Etirazçılar Livan Banklar Asosassiyasının binasına daxil olub. Onlara Livan ordusunun ehtiyatda olan zabitləri başçılıq edir.

Artıq nümayişçilər İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarına hücum edərək oranı ələ keçiriblər. Onlar Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər. Hazırda Ətraf Mühit Nazirliyinin binası mühasirəyə alınıb və etirazçılar oraya daxil olmağa çalışırlar..

Polis nümayişçilərə qarşı bibər qazından istifadə edir.