Beyrutda yenidən ETİRAZ AKSİYALARI başlayıbbackend

Beyrutda yenidən ETİRAZ AKSİYALARI başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt Beyrutda yenidən etiraz aksiyaları başlayıb.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, nümayişçilər parlament binasını və onun qarşısında olan polislərə daş atıblar.

Hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Livanın baş naziri Həsən Diyab xalqa müraciətində hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.

Xatırladaq ki, azı 200 nəfərdən çox adamın ölümünə, 6 mindən artıq insanın yaralanmasına səbəb olan Beyrut limanındakı güclü partlayışdan sonra Livanda hökümətin istefasını tələb edən aksiyalar başlayıb.

Etiraz aksiyalarından sonra Livanın ədliyyə naziri Mar-Clod Nəcm, ətraf mühit naziri Demianos Qəttər, informasiya naziri Mənəl Əbdül Səməd, maliyyə naziri Ğazi Vəzni, partlayışdan bir gün əvvəl də xarici işlər naziri Nəsif Hitti istefa veriblər.