Beyrutdakı partlayışda azərbaycanlılar yaralanıb? XİN-dən RƏSMİ AÇIQLAMAbackend

Beyrutdakı partlayışda azərbaycanlılar yaralanıb? XİN-dən RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb”.

NOCOMMENT xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışda 100-dən çox insan həlak olub. Hadisə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan olunub.