Bəzi DSK-ların tərkibində dəyişiklik edilibbackend

Bəzi DSK-ların tərkibində dəyişiklik edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.
MSK katibi Arifə Muxtarova deyib ki, 6 saylı Culfa –Babək dairə seçki komissiyasına bitərəf Həşimova Rahilənin namizədliyini irəli sürür.

MSK sədrinin müavini Rövzət Qasımov nəzərə çatdırıb ki, 67 saylı Cəlilabad dairə seçki komissiyasının üzvlərindən Mirsahib Sultanov MSK-ya müraciət edərək səhhəti ilə bağlı komissiyanın üzvlüyündən azad olunmağı xahiş edib. 90 saylı Ağdaş seçki dairəsinin həlledici səs hüquqlu üzvü Təbriz Ədilov da komissiya üzvlüyündən azad olunmasını xahiş edib. Milli Məclisdə deputatları çoxluq təşkil edən komissiya üzvləri tərəfindən 67 saylı Cəlilabad seçki dairəsinə İsa Allahverdiyevin namizədliyi irəli sürülüb.

MSK katibi Mikayıl Rəhimov qeyd edib ki, 11 saylı Qaradağ seçki dairəsinin həlledici səs hüquqlu üzvü, 70 saylı Lənkəran şəhər seçki dairəsinin həlledici səs hüquqlu üzvü və digər 2 dairə seçki komissiyasının üzvü dünyasını dəyişib.

121 saylı Şuşa-Ağdam-Xocalı dairə seçki komissiyasının üzvü də başqa işə keçməsi ilə əlaqədar komissiya üzvlüyündən azad olunmağı xahiş edib. 11 saylı Qaradağ seçki dairəsi komissiya üzvlüyünə Vüsal Əsədlinin namizədliyi irəli sürülüb.

Bir neçə dairə seçki komissiya üzü da başqa işə keçməklə bağlı komissiya üzvlüyündən azad olunmağı xahiş ediblər.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.