Bəzi ərazilərdə qaz kəsilibbackend

Bəzi ərazilərdə qaz kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinə məxsus “Yeni Binə” qazpaylayıcı şəbəkəsində aparılacaq təmirlə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatana qədər Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun – Binə və Qala qəsəbələrinin təbii qazla təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən NOCOMMENT-ə verilən məlumata görə, həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün “Təmiz Qaz” QSC-nin apardığı texniki baxış nəticəsində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatana qədər “Qusar” qazpaylacıyı şəbəkəsi ilə təchizat dayandırılıb. Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” müvəqqəti narahatlığa görə abunəçilərdən üzr istəyib.