“Bəzi həkimlər reklam xatirinə xəstənin taleyini riskə atırlar” – Ekspertbackend

“Bəzi həkimlər reklam xatirinə xəstənin taleyini riskə atırlar” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hesab edirəm ki, bəzən reklam və müxtəlif koorporativ maraqlar naminə cərrahiyyə əməliyyatları aparılır”.

NOCOMMENT.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla cərrahiyə əməliyatları prosedurlarının sosial şəbəkə üzərində yayılması hallarından danışarkən deyib.

Professor bildirib ki, bu proseslər qanunda olan boşluqlardan qaynaqlanır:

“Bunun qarşısı alınmalıdır. Xəstələrin əməliyyat proseslərinin ictimailəşdirilməsi hüququ məsələdir. Bu, xəstənin razılığı ilə olmalıdır. Bundan əlavə həm də bu etik prinsiplərin pozulması kimi dəyərləndirilə bilər”.

Adil Qeybulla bu kimi halların hüquqi məsuliyyəti olduğunu xatırladıb.