Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildibackend

Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə veriləcək.

NOCOMMENT-in məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

– Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
– Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
– maşın və avadanlıqların istehsalı;
– elektrik avadanlıqlarının istehsalı;
– kompüter, elektron və optik məhsulların istehsalı;
– avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
– sair nəqliyyat vasitələrinin istehsalı;
– poliqrafiya məhsullarının istehsalı;
– zərgərlik məmulatlarının istehsalı;
– musiqi alətləri, idman mallarının istehsalı;
– geyim istehsalı;
– toxuculuq sənayesi;
– ayaqqabıların istehsalı;
– dəri və dəri məmulatlarının istehsalı;
– tütün məmulatlarının istehsalı;
– sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

– Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
– Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
– Mühəndislik və layihələndirmə xidmətləri;
– Qablaşdırma məhsullarının istehsalı;
– Daş, metal və taxta məhsullarının istehsalı;
– Mebel istehsalı və təmiri;
– Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
– Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
– Onlayn satışlar;
– Kimyəvi təmizləmə;
– Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
– Avtomobillərin təmiri;
– Avtomobil yuyulma məntəqələri;
– Heyvan sığınacaqları;
– Tərcümə xidmətləri.