Bəzi məhsullar ƏDV-dən azad edildi – SİYAHIbackend

Bəzi məhsullar ƏDV-dən azad edildi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, fərmana əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilir (əlavə olunur).

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1–26 və 44–53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Fərmanla “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ləğv edilir.

***

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı

Sıra

№-si

Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
1 1201 90 000 0 Xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan)
2 2102 10 100 0 Maya kulturaları
3 2102 10 310 0 Quru çörəkçilik mayaları
4 2102 10 900 0 Aktiv mayalar, digərləri
5 2102 20 110 0 Qeyri-aktiv mayalar – həb, kubik şəklində və ya analoji formada və ya ilkin qablaşdırılmalarda netto çəkisi

1 kq-dan çox olmayan

6 2102 20 190 0 Qeyri-aktiv mayalar, digərləri
7 2102 20 900 0 Digər ölü birhüceyrəli mikroorqanizmlər
8 2102 30 000 0 Hazır çörəkçilik tozları
9 2301 20 000 0 Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar
10 2304 00 000 0 Soya yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar
11 2306 30 000 0 Günəbaxan toxumlarının cecələri və digər bərk tullantıları
12 2309 90 100 0 Həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar
13 2309 90 200 0 Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 23-cü qrupunun 5-ci əlavə qeydində təsnif olunan məhsullar
14 2309 90 310 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –

tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan

15 2309 90 330 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –

tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan

16 2309 90 350 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, lakin 75 kütlə %-dən az olan
17 2309 90 390 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan, tərkibində süd məhsulları 75 kütlə %-dən az olmayan
18 2309 90 410 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –

tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan

19 2309 90 430 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları 10 kütlə

%-dən az olmayan, lakin 50 kütlə %-dən az olan

20 2309 90 490 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –

tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan

21 2309 90 510 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
22 2309 90 530 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə

%-dən az olan

23 2309 90 590 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan
24 2309 90 700 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan
25 2309 90 910 0 Melassa əlavəsi ilə çuğundur cecəsi
26 2309 90 960 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar, digərləri
27 2505 10 000 0 Kvarslı qum
28 2506 20 000 0 Kvarsit
29 2601 20 000 0 Yandırılmış pirit
30 2602 00 000 0 Tərkibində quru məhsula hesablanmış manqanın miqdarı 20 kütlə % və ya daha çox dəmirli manqan filizləri və konsentratları da daxil olmaqla, manqan filizləri və konsentratları
31 2606 00 000 0 Alüminium filizləri və konsentratları
32 2610 00 000 0 Xrom filizləri və konsentratları
33 2701 12 900 0 Tozşəkilli və ya qeyri-tozşəkilli, lakin aqlomerasiya edilməmiş bitumlu daş kömürü (kokslaşan kömür istisna olmaqla)
34 2704 00 190 0 Aqlomerasiya edilmiş və ya edilməmiş daş kömürdən koks və yarımkoks (elektrodların istehsalı üçün nəzərdə tutulmuşlar istisna olmaqla)
35 2710 12 110 0 Emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullar
36 2711 12 910 0 Emalın spesifik prosesləri üçün propan
37 2711 12 930 0 2711 12 9100 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün propan
38 2711 12 940 0 Təmizliyi 90%-dən çox, lakin 99%-dən az olan propan
39 2711 13 100 0 Emalın spesifik prosesləri üçün butanlar
40 2711 13 300 0 2711 13 1000 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün butanlar
41 2711 13 910 0 Təmizliyi 90%-dən çox, lakin 95%-dən az olan butanlar
42 2711 13 970 0 Butanlar, digərləri
43 2818 20 000 0 Alüminium oksidi, süni korunddan fərqli
44 2835 25 000 0 Kalsium hidrogen ortofosfat (dikalsium fosfat)
45 2922 41 000 0 Lizin və onun mürəkkəb efirləri; bu birləşmələrin duzları
46 2922 49 850 0 Digər aminoturşular və onların mürəkkəb efirləri, bu birləşmələrin duzları
47 2923 10 000 0 Xolin və onun duzları
48 2930 40 900 0 Digər metionin kükürd-üzvi birləşmələri
49 2933 59 950 0 Strukturunda pirimidin halqası (hidrogenləşdirilmiş və ya hidrogenləşdirilməmiş) və ya piperazin halqası olan digər birləşmələr
50 2936 28 000 0 E vitamini və onun törəmələri
51 2936 29 000 0 Digər vitaminlər və onların törəmələri
52 3101 00 000 0 Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr
53 3507 90 900 0 Digər fermentlər və ferment preparatları
54 3801 30 000 0 Elektrodlar üçün karbonlu pastalar və sobaların futerlənməsi üçün analoji pastalar
55 7203 10 000 0 Dəmir filizinin birbaşa reduksiya məhsulları
56 7203 90 000 0 Dəmir filizinin birbaşa reduksiya məhsulları, digərləri
57 7204 49 100 0 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)
58 7204 49 900 0 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri), digərləri
59 8545 11 008 0 Sobalarda istifadə olunan elektrodlar, digərləri
60 8545 19 000 1 Elektroliz qurğuları üçün elektrodlar